AFFA nümayəndəsi “İnter” – “Renn” oyununa təyinat alıb

AFFA nümayəndəsi “İnter” – “Renn” oyununa təyinat alıb
# 20 fevral 2020 10:18 (UTC +04:00)

Azərbaycan millisinin meneceri və AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

Apasport.az saytının məlumatına görə, UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək “İnter” (İtaliya) – “Renn” (Fransa) oyununun UEFA nümayəndəsi həmyerlimiz olacaq.

Qarşılaşma martın 3-də İtaliyadakı “Ernesto Breda” stadionunda baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR