AFFA və PFL futbolçulara mövsüm bitməmiş komandanı tərk etməməyi tövsiyə edib

AFFA və PFL futbolçulara mövsüm bitməmiş komandanı tərk etməməyi tövsiyə edib
# 24 aprel 2020 15:39 (UTC +04:00)

"FİFA və UEFA müqavilə müddəti yaya qədər olan futbolçularla bağlı məsələnin oyunçuların və klubların bir masa arxasında əyləşib orta məxrəcə gəlməsini tövsiyə edir".

Bunu apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev deyib.

Qurum rəsmisi sözləşməsi iyul ayına qədər olan futbolçuların mövsüm bitənə qədər komandalarında qalmaları yönündə işlər aparıldığını söyləyib: "AFFA və PFL bununla bağlı işlər görür, klublara məlumatlar verir. Futbolçuların mövsüm bitməmiş komandanı tərk etməmələri tövsiyə olunur. Çünki müqavilə imzalananda il deyil, futbol mövsümü nəzərdə tutulur. Mövsüm hələ bitməyib, bunda da klubların günahı yoxdur. AFFA-nın müvafiq departamentləri bununla bağlı işlərini davam etdirirlər, müzakirələrimiz gedir. Klublar da məlumatlandırılır".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 8 klubun ümumilikdə 100-dən çox futbolçusunun müqavilə müddəti yayda başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR