AVRO-1960-ın qələbə qolunun müəllifi vəfat edib

AVRO-1960-ın qələbə qolunun müəllifi vəfat edib
  • Clock-gray 01:28
  • calendar-gray 06 Dekabr 2020

SSRİ milli komandasının sabiq futbolçusu Viktor Ponedelnik vəfat edib.

Apasport.az saytının məlumatına görə, rusiyalı hücumçu 83 yaşında dünyasını dəyişib.

1960-cı ildə keçirilən ilk Avropa çempionatında qələbə qolunun müəllifi kimi tarixə düşən Ponedelnik 1964-cü ildə gümüş medalçı olub. O, daha çox Rostov klubları “Rostselmaş” və OİK-dəki çıxışları ilə tanınıb. Vaxtilə “Spartak” və MOİK-ə də keçən hücumçu Moskva təmsilçilərində debüt edə bilməyib.

Qeyd edək ki, Ponedelnik AVRO-1960-nın qalibləri arasında sağ qalan sonuncu futbolçu idi.

ApaSport

Digər xəbərlər