AVRO-2020: Bilbao ev sahibliyindən məhrum olunduğu üçün UEFA-nı məhkəməyə verib

AVRO-2020: Bilbao ev sahibliyindən məhrum olunduğu üçün UEFA-nı məhkəməyə verib
  • Clock-gray 09:25
  • calendar-gray 22 Aprel 2021

İspaniyanın Bilbao şəhəri Avropa çempionatı oyunlarının təşkilatçılığından imtina edib.

Apasport.az xəbər verir ki, bu barədə şəhər rəhbərliyinin rəsmi saytında məlumat verilib.

Qeyd olunub ki, UEFA Bilbaoya turnirə ev sahibliyi etmək hüququndan məhrum edilməsi barədə bildiriş göndərib. İspaniya şəhəri azarkeşlərlə bağlı təminat vermədiyi üçün bu addım atılıb.

Bəyanatda UEFA-nın məhkəməyə verildiyi də yazılıb: “UEFA prezidenti Aleksander Çeferin Bilbao Təşkilat Komitəsindən heç kimlə danışmadı. Bu, UEFA-nın birtərəfli qərarıdır, baş verənlərə görə onları cavabdeh tutacağıq. AVRO-2020 matçlarına ev sahibliyi etmək hüququ qazandığı gündən şəhər bütün meyarları yerinə yetirib. Ancaq pandemiya səbəbindən rəhbərlik vətəndaşların sağlamlığını UEFA tələblərindən üstün tutub. Bilbao Avropa çempionatı tədbirlərinin təşkili üçün 1,2 milyon avrodan çox pul xərcləyib. Dəymiş ziyana görə məhkəməyə müraciət olunub”.

Qeyd edək ki, 4 oyununa Bakının ev sahibliyi edəcəyi AVRO-2020 11 iyun – 11 iyul tarixlərində baş tutacaq.

ApaSport

Digər xəbərlər