AVRO-2020: Bilbao ev sahibliyini Sevilyaya verir

AVRO-2020: Bilbao ev sahibliyini Sevilyaya verir
# 23 aprel 2021 12:24 (UTC +04:00)

Avropa çempionatının ev sahibliyi Bilbaodan Sevilyaya keçir.

Apasport.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, azarkeşlərlə bağlı təminat vermədiyi üçün ev sahibliyi əlindən alınan Bilbaonun əvəzinə AVRO-2020-nin matçları Sevilyada baş tutacaq. UEFA turnirə təşkilatçılıq edəcək bütün şəhərlərin yekun siyahısını bu gün açıqlayacaq. Sankt-Peterburq, Amsterdam, Bakı, Budapeşt, Buxarest, Qlazqo, Kopenhagen, London və Roma oyunları tamaşaçı ilə qəbul etməyə hazır olduqlarını təsdiqləyib. Münhen və Dublinin taleyi isə sual altındadır.

Qeyd edək ki, AVRO-2020-nin oyunları 11 iyun - 11 iyul tarixlərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR