AVRO-2020-nin adı dəyişməyəcək

AVRO-2020-nin adı dəyişməyəcək
# 20 mart 2020 20:19 (UTC +04:00)

Koronavirus pandemiyası üzündən bir il müddətinə təxirə salınan AVRO-2020 adını dəyişməyəcək.

Apasport.az saytının məlumatına görə, bu xəbəri UEFA-nın mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, yarış 2021-ci ildə keçirilsə də rəsmi adı “UEFA AVRO-2020” kimi qalacaq.

Qeyd edək ki, AVRO-2020-nin final mərhələsi 2021-ci il iyunun 11-dən iyulun 11-dək 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR