AVRO-2020-nin ev sahiblərinin siyahısında dəyişiklik ola bilər

AVRO-2020-nin ev sahiblərinin siyahısında dəyişiklik ola bilər
  • Clock-gray 10:36
  • calendar-gray 11 Mart 2020

UEFA AVRO-2020-nin təşkilatçı ölkələrinə xahiş ünvanlayıb.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu onlardan koronavirus yayılmasına baxmayaraq üç ay sonra keçiriləcək Avropa çempionatının təşkilinin təmin olunmasını istəyib.

UEFA Ümumdünya Səhiyyə Təşkilatından alınan tövsiyələrə əsasında şəhərlərin AVRO-2020-ni qəbul edə biləcəyi qənaətindədir. Əgər təşkilatçı şəhərlərin yoluxmuş insanların koronavirusdan müalicəsi üçün tibbi infrastrukturu varsa və on minlərlə azarkeşə xidmət göstərə bilərsə, çempionatı da qəbul edə bilər.

Zərurət yaranarsa, UEFA virusun daha çox yayıldığı şəhərləri ev sahibləri sırasından çıxara da bilər. Bu, 24 komandalı çempionatın təşkilinin təmin olunmasına xidmət edəcək. Final mərhələsinin matçları 12 ölkənin 12 şəhərində keçirilməsi qurum qarşısında imkanlar yaradır ki, təşkilatçılardan biri koronavirus üzündən oyunları qəbul edə bilməsə, başqası əlavə matçlara ev sahibi olsun.

Qeyd edək ki, AVRO-2020-nin final mərhələsinin oyunları iyunun 12-dən iyulun 12-dək 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək.

ApaSport

Digər xəbərlər