Abdullah Avcı Azərbaycan yığmasını çalışdıracağı barədə məlumatlara münasibət bildirib

Abdullah Avcı Azərbaycan yığmasını çalışdıracağı barədə məlumatlara münasibət bildirib
# 19 fevral 2020 17:27 (UTC +04:00)

“Azərbaycan millisinin baş məşqçisi olacağımla bağlı indidən nəsə deməyim doğru olmaz”.

Bunu apasport.az saytına Türkiyə yığmasının keçmiş baş məşqçisi Abdullah Avcı deyib.

Yığmamızın baş məşqçi postuna namizədlərdən olan 57 yaşlı mütəxəssis məsələ ilə bağlı fikirlərini bildirib. Son iş yeri “Beşiktaş” olan Avcı Türkiyə mətbuatında haqqında yazılanların əksinə olaraq, konkret söz deməkdən çəkinib. O, AFFA ilə danışıq apardığını nə təkzib, nə də təsdiq edib: “Mənim hazırda “Beşiktaş”la müqavilə məsələm tam həllini tapmayıb. Oradan ayrılsam da, təzminatla bağlı proseslər davam edir. Bu problem həllini tapmayınca hansısa klub və ya yığma ilə anlaşmağı düşünmürəm. Yalnız bundan sonra gələn təkliflərə konkret cavab verə və danışıq apara bilərəm”.

Qeyd edək ki, ötən ay “Beşiktaş”dan istefaya göndərilən Abdullah Avcı müqavilə müddəti başa çatmadığından, Türkiyə klubundan hər ay 1 milyon lirə təzminat alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR