“Alaves” klubunun yeni baş məşqçisi bəlli olub

“Alaves” klubunun yeni baş məşqçisi bəlli olub
# 05 avqust 2020 16:55 (UTC +04:00)

İspaniyanın “Alaves” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu vəzifəyə “Espanyol”un sabiq çalışdırıcısı Pablo Maçin gətirilib.

45 yaşlı mütəxəssis Lopes Munyosun istefasından sonra vakant olan postu tutub. Sonuncu La Liqanın cəmi 4 qarşılaşmasında komandaya rəhbərlik etsə də, “Alaves”i yüksək dəstədə saxlaya bilmişdi.

Maçin isə iyulun 22-də Çinin “Sindao Xaynyu” klubu ilə müqavilə imzalasa da, sonradan şəxsi səbəblərdən anlaşmanı pozduğunu elan edib. O, yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Maçin “Numansiya”, “Jirona” və “Sevilya”nın da baş məşqçisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR