“Alaves”in baş məşqçisi 5 aydan sonra istefaya göndərilib

“Alaves”in baş məşqçisi 5 aydan sonra istefaya göndərilib
# 12 yanvar 2021 15:10 (UTC +04:00)

İspaniyanın “Alaves” klubu baş məşqçi Pablo Maçini istefaya göndərib.

Apasport.az xəbər verir ki, bunu La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə bəyan edib.

Cəmi 5 ay “Alaves”in sükanı arxasında qalan Maçinin birillik müqaviləsinə xitam verilib. Yeni çalışdırıcı təyin olunana qədər komandaya Maçinin köməkçisi olan Xavyer Kabelyo rəhbərlik edəcək. Maraqlıdır ki, bu mövsüm İspaniya klubunun yaranmasının 100 illiyidir.

Qeyd edək ki, “Alaves” cari mövsüm 18 oyunda topladığı 18 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR