Aleks Ferqyusonun "Mançester Yunayted"də tənqid etmədiyi futbolçuların adları məlum olub

Aleks Ferqyusonun "Mançester Yunayted"də tənqid etmədiyi futbolçuların adları məlum olub
# 11 may 2020 12:54 (UTC +04:00)

"Ferqyusonun "Mançester Yunayted"də heç vaxt üstünə qışqırmadığı 3-4 oyunçu var idi".

Apasport.az saytının məlumatına görə, bunu Uels millisinin baş məşqçisi Rayan Giqqz deyib.

47 yaşlı mütəxəssis "Mançester Yunayted"də olarkən baş məşqçi Aleks Ferqyusonun bəzi oyunçuları tənqid etmədiyini söyləyib: "O, Erik Kantona, Brayan Robson, Roy Kin və Kriştianu Ronaldonu heç vaxt tənqid etmirdi. Çünki onlar meydanda işini görüb, bizə qələbə qazandırırdılar. Bəzən oyunları alınmırdı, biz düşünürdük ki, ser nəsə deməlidir. Amma o, bilirdi ki, tezliklə uğurlu çıxış edəcəklər. Ferqyuson ulduzlarla işləməyi bacarırdı, əsl psixoloq idi".

Qeyd edək ki, Rayan Giqqz 1990-2014-cü illərdə "Mançester Yunayted"in formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR