Aleksander Çeferin: “Əlavə xəbərdarlığa qədər avrokubok oyunları tamaşaçısız keçiriləcək”

Aleksander Çeferin: “Əlavə xəbərdarlığa qədər avrokubok oyunları tamaşaçısız keçiriləcək”
# 22 iyul 2020 10:53 (UTC +04:00)

"Koronavirusdan fərqli, II Dünya Müharibəsi futbolu tamamilə dayandırmamışdı".

Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın prezidenti Aleksander Çeferin deyib.

Qurumun rəsmi saytına müsahibə verən sloveniyalı futbol funksioneri artıq problemləri geridə qoymağa başladıqlarını söyləyib: "Bu müddətdə peşəkarlıq baxımından çox təzyiq hiss etdim, çox iş var idi. Ancaq sevinirəm ki, futbol bütün Avropa boyunca dönüş edir. Daxili birincilikləri iyulun sonuna qədər başa vurmaq və avrokubokları avqustda tamamlamaq üçün UEFA mövsümün bir hissəsini qurban verdi. Yerli assosiasiyalar da buna razılıq verdilər. Klub həmrəyliyi beynəlxalq oyunlar üçün sentyabr pəncərəsi zamanı eyni dərəcədə vacib olacaq".

Çeferin hələ bir müddət oyunların tamaşaçısız keçiriləcəyini vurğulayıb: "Əlavə xəbərdarlığa qədər UEFA avrokubok oyunlarını tamaşaçısız keçirəcək. Risk etməyəcəyik. Təbii ki, əsas diqqət elit turnirlərə yönəlib. Ancaq açıq futbol həmişə missiyamızın vacib elementi olacaq. Yeni tibbi protokollar qarşısında heç kimin lazımsız risklərə məruz qalmaması vacibdir. Xüsusən də, uşaqlar üçün diqqətli olmalıyıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR