Alessandro Del Pyero xəstəxanaya yerləşdirilib

Alessandro Del Pyero xəstəxanaya yerləşdirilib
# 18 may 2020 09:21 (UTC +04:00)

İtaliya millisinin və “Yuventus”un sabiq futbolçusu Alessandro Del Pyero xəstəxanaya yerləşdirilib.

Apasport.az saytının məlumatına görə, ABŞ-ın Los-Anceles şəhərində müalicəyə alınan futbol veteranının böyrəklərində daş aşkarlanıb.

Bunu Alessandronun özü açıqlayıb. O, sosial şəbəkədəki paylaşımında xəstəxanaya düşməsinin koronavirusla bağlılığı olmadığına aydınlıq gətirib: “Hələ də inana bilmirəm ki, belə balaca 3 millimetrlik şey bu qədər problem yaratsın”.

Qeyd edək ki, 1993-2012-ci illərdə “Yuventus”da oynayan Del Pyero 6 çempionluq, bir kubok, dörd Superkubok qazanıb, Çempionlar Liqasının qalibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR