Almaniya Bundesliqası gəlirlərinə görə ardıcıl 15-ci dəfə rekord vurub

Almaniya Bundesliqası gəlirlərinə görə ardıcıl 15-ci dəfə rekord vurub
  • Clock-gray 02:18
  • calendar-gray 19 Fevral 2020

Bundesliqa klublarının 2018-19 mövsümündəki gəlirləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Almaniya Klublar Birliyi 18 klubun mövsüm ərzində ümumi qazancları ilə bağlı araşdırma aparıb.

Bundesliqa təmsilçiləri bir mövsüm əvvəlki ilə müqayisədə 5,4 faiz çox gəlir əldə ediblər. Klubların ümumi qazancı 4 milyard 20 milyon avrodur ki, bununla Bundesliqa təmsilçiləri ardıcıl 15-ci ildə rekorda imza atıblar.

Həmçinin Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun da mübarizə apardığı Bundesliqa II klublarının da illik gəlirlərinin əvvəlkindən çox olduğu açıqlanıb. İkinci liqa təmsilçiləri 2018-19 mövsümündə ümumilikdə 782 milyon avro qazanıblar.

ApaSport

Digər xəbərlər

Arxiv

date