Almaniya Bundesliqasının oyunları təxirə salınıb

Almaniya Bundesliqasının oyunları təxirə salınıb
# 13 mart 2020 13:42 (UTC +04:00)

Almaniya Bundesliqasının oyunları təxirə salınıb.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı Almaniya Futbol Assosiasiyası tvitter səhifəsi vasitəsilə yayıb.

Koronavirus epidemiyası təhlükəsini nəzərə alan qurum əsas Bundesliqa ilə yanaşı, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun da çıxış etdiyi Bundesliqa II-də mübarizə dayandırılıb. Martın 17-dən aprel ayının 2-dək bu liqalarda oyunlar keçirilməyəcək. Yəni 13-16-da baş tutacaq XXVI turdan sonra oyunlar olmayacaq.

Qeyd edək ki, koronavirus xəstəliyinin sürətlə yayılması səbəbindən Avropanın bir çox ölkəsində çempionat təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR