Almaniyada Avropa Liqasının final mərhələsi start götürür

Almaniyada Avropa Liqasının final mərhələsi start götürür
# 10 avqust 2020 00:00 (UTC +04:00)

Bu gün Avropa Liqasında 1/4 final mərhələsi start götürür.

Apasport.az saytının məlumatına görə, bir oyundan ibarət olacaq mərhələnin ilk günündə iki qarşılaşma baş tutacaq.

Almaniyanın qəbul etdiyi final mərhələsi eyni vaxtda başlayacaq iki görüşlə start götürəcək. Təşkilatçı ölkənin yeganə təmsilçisi “Bayer” Düsseldorfda İtaliya “İnter”i ilə üz-üzə gələcək.

Günün digər matçı Kölndə baş tutacaq. İngiltərə təmsilçisi “Mançester Yunayted” Danimarka “Kopenhagen”ini sınağa çəkəcək.

Qeyd edək ki, 1/4 finalın digər iki matçı avqustun 11-də təşkil olunacaq.

Avropa Liqası
1/4 final
10 avqust
23:00. “İnter” (İtaliya) – “Bayer” (Almaniya)
Baş hakim:
Karlos del Serro Qrande (İspaniya)
Düsseldorf. “Merkur Şpil Arena”

23:00. “Mançester Yunayted” (İngiltərə) – “Kopenhagen” (Danimarka)
Baş hakim:
Klemen Turpin (Fransa)
Köln. “Reyn Enerji” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR