Andres İnyesta karyerasını bitirməyə tələsmədiyini açıqlayıb

Andres İnyesta karyerasını bitirməyə tələsmədiyini açıqlayıb
# 30 aprel 2020 13:14 (UTC +04:00)

Yaponiyanın "Vissel Kobe" klubunun formasını geyinən Andres İnyesta karyerasını bitirməyə tələsmir.

Apasport.az saytının məlumatına görə, "Barselona"nın əfsanəvi futbolçusu ən azı daha bir il futbol oynamaq arzunsundadır.

35 yaşlı orta sahə oyunçusu fiziki cəhətdən özünü gümrah hiss etdiyini bildirib: "Düzdür, bəzən getmək barədə düşünürəm. Amma dürüst olmaq lazımdırsa, hələ bu qərara uzağam. Fiziki cəhətdən hazırlıqlı və yüksək motivasiyadayam. Oynamaqdan zövq alıram, bunun nə qədər davam edəcəyini bilmirəm".

Qeyd edək ki, "Vissel Kobe" ilə müqavilə müddəti mövsümün sonuna qədər olan İnyestanı "Barselona" qaytarmaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR