Andrey Şevçenko Ukrayna millisi ilə yeni 2,5 illik müqavilə imzalayıb

Andrey Şevçenko Ukrayna millisi ilə yeni 2,5 illik müqavilə imzalayıb
  • Clock-gray 22:36
  • calendar-gray 05 İyun 2020

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko komandanı çalışdırmaqda davam edəcək.

Apasport.az saytının məlumatına görə, gənc mütəxəssislə müqavilə müddəti təzələnib.

43 yaşlı çalışdırıcı Ukrayna Futbol Assosiasiyası ilə yeni 2,5 illik sazişə qol çəkib. Rəsmi sözləşmə və təqdimat iyunun 7-də Lvov şəhərində baş tutacaq assosiasiyanın Konqressində imzalanacaq. Bu isə o deməkdir ki, Şevçenko 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının sonuna qədər millinin sükanı arxasında olacaq.

Qeyd edək ki, Andrey Şevçenko 2016-cı ildən Ukrayna yığmasını çalışdırır.

ApaSport

Digər xəbərlər