Antonio Rudiger komanda yoldaşı ilə dalaşdığı üçün məşqdən qovulub

Antonio Rudiger komanda yoldaşı ilə dalaşdığı üçün məşqdən qovulub
  • Clock-gray 10:57
  • calendar-gray 05 Aprel 2021

İngiltərənin “Çelsi” klubunun məşqində xoşagəlməz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, hazırlıq zamanı ispaniyalı qapıçı Kepa Arrisabalaqa və almaniyalı müdafiəçi Antonio Rudiger dalaşıb.

Bu səbəbdən baş məşqçi Tomas Tuxel almaniyalını məşqdən qovub. Birbaşa paltardəyişmə otağına yollanan Rudiger məşqdən sonra komanda yoldaşından üzr istəyib.

Qeyd edək ki, “Çelsi” Premyer Liqanın XXX turunda ötən həftəsonu öz meydanında “Vest Bromviç”ə 2:5 hesabı ilə məğlub olub.

ApaSport

Digər xəbərlər