Arda Turan: "Barselona"ya yox, "Bavariya"ya keçdiyimi düşünürdüm"

Arda Turan: "Barselona"ya yox, "Bavariya"ya keçdiyimi düşünürdüm"
# 09 may 2020 12:07 (UTC +04:00)

"Barselona"dan ayrılanda çox üzülmüşdüm. Valverde mənə oynamaq imkanı vermədi. Halbuki Messi və Suaresə ən çox köməyi mən edirdim".

Apasport.az saytının məlumatına görə, bunu "Barselona"nın yarımmüdafiəçisi Arda Turan deyib.

Son iki ili icarə əsasında "Başakşəhər"də keçirən 33 yaşlı futbolçu 2015-ci ildə "Atletiko"dan "Barselona"ya transferini dəyərləndirib. Türkiyəli hücumameyilli oyunçu keçidi son anda öyrəndiyini bildirib: "Menecerim "Barselona"ya keçəcəyimi deməmişdi. Bu barədə yalnız transfer reallaşandan 15 gün sonra bildim. Bu müddətdə həmin komandanın "Bavariya" olduğunu düşünürdüm. Menecerimlə bir yerdə idik, çantasından yerə düşən sənəddə "Barselona"nın loqosunu gördüm. Gözlərimə inana bilmirdim".

Arda 2014-cü ildə "Atletiko"da olarkən "Mançester Yunayted"ə keçməyə çox yaxın olduğunu, lakin transferin son anda baş tutmadığını vurğulayıb.

Qeyd edək ki, mövsümün sonuna qədər "Barselona"ya məxsus olan Arda Turan hazırda heç bir komandada çıxış etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR