“Arminiya” 11 ildən sonra Bundesliqaya yüksəlib

“Arminiya” 11 ildən sonra Bundesliqaya yüksəlib
# 17 iyun 2020 12:53 (UTC +04:00)

Almaniya Bundesliqasına yüksələn komandalardan biri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Bilefeldin “Arminiya” klubu yüksək dəstədə oynamaq hüququ qazanıb.

Bu, 2-ci Bundesliqanın XXXI turunun ilk oyun günündə rəsmiləşib. İkinci pillədə olan “Hamburq” “Osnabryuk”la qarşılaşmada xal itirib – 1:1.

Bununla da “Arminiya” hamburqlular üçün əlçatmaz olub. Bilefeldlilər 31 matçdan sonra 61 xala malikdir. 54 xalı olan “Hamburq”un isə yalnız iki qarşılaşması qalib.

Düzdür, 52 xalla 3-cü olan “Ştutqart”ın da üç oyunu qaldığından liderə çata bilər. Amma “Arminiya”ya artıq Bundesliqaya birbaşa vəsiqə qazandıran ilk iki yerdən birini təmin edib.

Qeyd edək ki, 11 ildən sonra güclülər sırasında olacaq. Komanda sonuncu dəfə 2008/09 mövsümündə Bundesliqada çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR