"Arsenal" 39 ilin ən uğursuz startına imza atıb

"Arsenal" 39 ilin ən uğursuz startına imza atıb
# 07 dekabr 2020 09:34 (UTC +04:00)

İngiltərə Premyer Liqasının XI turunda “Tottenhem”lə qarşılaşan “Arsenal” 0:2 hesabı ilə məğlub olub.

Apasport.az saytının məlumatına görə, Mikel Artetanın yetirmələri 11 turdan sonra 13 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Bu, “topçular”ın 1981/82 mövsümündən bəri ən uğursuz startıdır. Komanda axırıncı dəfə 39 il əvvəl ölkə çempionatında 11 turdan sonra 12 xal toplamışdı.

Qeyd edək ki, “Arsenal” sonuncu dəfə 2018-ci ildə “Tottenhem”i məğlub edə bilib. Ondan bəri keçirilən 5 görüşün 2-də heç-heçə qeydə alınıb, 3-də “Tottenhem” qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR