"Arsenal" "Atletiko"nun futbolçusu ilə anlaşıb

"Arsenal" "Atletiko"nun futbolçusu ilə anlaşıb
  • Clock-gray 16:12
  • calendar-gray 09 May 2020

"Atletiko"nun futbolçusu Tomas Partey karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, "Arsenal" dayaq yarımmüdafiəçisinin xidmətində maraqlıdır.

"Topçular"ın baş məşqçisi Mikel Arteta rəhbərliklə görüşündə 26 yaşlı oyunçunun mövsümün sonunda alınmasını tələb edib. Qana millisinin üzvü özü də Premyer Liqada çıxış etməyə razıdır. Futbolçu hətta "Arsenal"la ilkin razılığa da gəlib. İndi qalır klubların transfer məbləğində ortaq məxrəcə gəlməsi.

Qeyd edək ki, Tomas Partey cari mövsüm 35 matçda iştirak edib, 3 qol, 1 assistlə yadda qalıb.

ApaSport

Digər xəbərlər

Arxiv

date