"Arsenal"ın 34 ildən sonra ən zəif göstəricisi qeydə alınıb

"Arsenal"ın 34 ildən sonra ən zəif göstəricisi qeydə alınıb
# 23 noyabr 2020 09:53 (UTC +04:00)

İngiltərə Premyer Liqasının IX turunda “Lids”lə qarşılaşan “Arsenal” qolsuz bərabərə qalıb.

Apasport.az saytının məlumatına görə, ilk 9 turda cəmi 9 qol vuran London təmsilçisi 1986/87 mövsümündən bəri ən zəif nəticəsini göstərib.

34 ildən sonra ən az qol vurduğu mövsümünü keçirən “topçular” Premyer liqada 16 ilin ardından “Lids”lə üz-üzə gəlib. Bu komandalar axırıncı dəfə 2003/04 mövsümündə qarşılaşmış, Tyerri Anrinin poker etdiyi matçda “Arsenal” 5:0 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, hazırda “Arsenal” 11-ci, “Lids” isə 15-ci pillədə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR