"Arsenal"ın baş məşqçisi koronavirusdan sağalıb

"Arsenal"ın baş məşqçisi koronavirusdan sağalıb
# 10 aprel 2020 22:59 (UTC +04:00)

"Arsenal"ın baş məşqçisi Mikel Arteta koronavirus pandemiyasına qalib gəlib.

Apasport.az saytının məlumatına görə, bunu gənc mütəxəssis özü açıqlayıb.

İspaniyalı çalışdırıcı son testin nəticəsinin mənfi çıxdığını və virusdan tam qurtulduğunu söyləyib: "Ailəm, qohumlarım, tanıdığım bir çox insan bu qarışıq vəziyyətlə mübarizə aparır".

38 yaşlı Arteta həyat yoldaşına və tanıdığı başqa bir insana da virusu yoluxdurduğunu, lakin onların da sağaldıqlarını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR