"Arsenal"ın oyunu koronavirus səbəbindən ikinci dəfə təxirə düşüb

"Arsenal"ın oyunu koronavirus səbəbindən ikinci dəfə təxirə düşüb
# 11 mart 2020 11:57 (UTC +04:00)

İngiltərə Premyer Liqasının “Mançester Siti” – “Arsenal” oyunu təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, XXVIII turdan təxirə salınan qarşılaşma bu gün baş tutmalı idi.

Lakin Premyer Liqa rəhbərliyi oyunu ikinci dəfə təxirə salmağa məcbur olub. Buna səbəb “Arsenal”ın üzvlərində koronavirusun aşkarlanması təhlükəsidir.

Məsələ ondadır ki, London klubunun 13 gün əvvəl Avropa Liqasında qarşılaşdığı “Olimpiakos”un (Yunanıstan) sahibi Evangelos Marinakisdə koronavirus aşkarlanıb. London təmsilçisinin rəhbərliyi təlimatlara uyğun şəkildə davranaraq virusa yoluxan şəxslə ünsiyyətdə ola biləcək futbolçu və klub nümayəndələrinin evdə qalmasına üstünlük verib. Bu, “Olimpiakos”la matçdan sonrakı 14 günlük müddət üçün nəzərdə tutulub. “Arsenal” rəhbərliyi üzvlərinin yoluxma ehtimalını çox aşağı hesab edir. Komanda üzvləri “Brayton”la görüşə hazırlıq məqsədilə martın 13-də bir araya gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR