Artim Şakiri: "Qarabağ" üstünlüyünü əldən verməyəcək”

Artim Şakiri: "Qarabağ" üstünlüyünü əldən verməyəcək”
# 04 mart 2020 09:11 (UTC +04:00)

"Qarabağ"da uzun illər öncə oynasam da, bu komandanı indinin özündə də izləməyə davam edirəm".

Bunu apasport.az saytına Şimali Makedoniya millisinin sabiq futbolçusu Artim Şakiri deyib.

47 yaşlı veteran yarımmüdafiəçi Ağdam təmsilçisinin hazırkı durumundan danışıb. Şimali Makedoniya futbolunun ən tanınmış simalarından olan Şakiri sabiq komandası "Qarabağ"ın cari mövsümdə də Azərbaycan çempionu olacağına inandığını söyləyib: "Qarabağ" inamla irəliləyir. Onların illərdir ki, Azərbaycan çempionu olması, avrokuboklarda uğurlu çıxışına mən də sevinirəm. Hazırda da "Qarabağ" turnir cədvəlində vahid liderdir. Məncə, "Qarabağ" üstünlüyünü əldən verməyəcək. 100 faiz onlar bu mövsümdə də çempion olacaqlar".

Qeyd edək ki, Şakiri 2008-2009-cu illərdə "Qarabağ"da oynayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR