Arturo Vidalın “İnter” klubuna transferi rəsmiləşib

Arturo Vidalın “İnter” klubuna transferi rəsmiləşib
# 21 sentyabr 2020 11:08 (UTC +04:00)

İtaliyanın “İnter” klubu İspaniya “Barselona”sının yarımmüdafiəçisi Arturo Vidalı heyətinə cəlb edib.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı futbolçu bu gün yeni komandası ilə münasibətləri rəsmiləşdirib.

İtaliyaya yollanaraq tibbi müayinədən keçən Çili millisinin üzvü ardından “neradzurra” ilə 2+1 illik müqaviləyə qol çəkib. Bu transferin Kataloniya təmsilçisinə 1 milyon avro qazandırdığı bildirilir.

Qeyd edək ki, Arturo Vidal “Barselona”ya 2018-ci ildə Almaniya klubu “Bavariya”dan keçib. O, 2011-2015-ci illərdə İtaliyada “Yuventus”un formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR