Asmir Beqoviç: “Qarabağ”a oyun praktikası qazanmaq üçün gəlmişdim”

Asmir Beqoviç: “Qarabağ”a oyun praktikası qazanmaq üçün gəlmişdim”
  • Clock-gray 18:14
  • calendar-gray 10 Dekabr 2019

“Uzun müddət İngiltərədə çıxış etmişəm. Orda bütün futbolçuları, məşqçiləri, hakimləri və stadionları tanıyırdım. Amma həmişə yeniliyə can atmışam. Zaman göstərdi ki, bu da əla gediş idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın bosniya və herseqovinalı qapıçısı Asmir Beqoviç deyib. 

Müqavilə ilə İngiltərənin “Bornmut” klubuna məxsus futbolçu ölkəsinin mətbuatına müsahibə verib. O, Ağdam klubu ilə 4 aylıq müqavilə imzalamasına peşman olmadığını bildirib: “Bakı haqda bəzi zəruri məlumatlarım var idi. Amma müsbət mənada sürprizdən qaçmaq mümkün olmadı. Şəhər, buranın insanları çox möhtəşəmdirlər. Klub yaxşı təşkilatlanıb. Buna gərə də hər şeydən razıyam”. 

O, “Qarabağ”ı Avropa klubları ilə müqayisə də edib: “Bu komanda böyük Avropa klubları ilə müqayisədə də yaxşı təşkilatlanmış təsiri bağışlayır. Bizim öz bazamız, klub işləri ilə məşğul olan əməkdaşlarımız var. Deyərdim ki, “Qarabağ” o qədər də çox geri qalmır. Azərbaycan çempionatı kifayət qədər yaxşı liqadır. Çox məbləğdə pul yatırılır. Xarici futbolçuların da sayı çoxdur. Yerlilər də çox zəhmətsevərdirlər və çalışırlar ki, gəlmələrdən geri qalmasınlar. Stadionlar və infrastrukturun vəziyyəti məni müsbət mənada çox təəccübləndirdi. Orda olduğum 3 ayda hələ də pis meydanda oynamamışam”.

Beqoviç yanvarın əvvəlində Azərbaycanı tərk edəcəyindən də söhbət açıb: “Necə olacağını zaman göstərəcək. Mən “Qarabağ”a oyun praktikası qazanmaq üçün gəlmişdim. Bu hədəfə çatdım. Daim meydanda oldum, komandanın ən yaxşı oyunçularından birinə çevrildim və formamı bərpa etdim. Klub nümayəndələri ilə söhbətdə onların mənimlə əməkdaşlığı davam etdirmək istəyi mənə çox xoş gəlir. Elə mən də burda qalardım. Amma bu tək məndən asılı deyil. Bir az fasilə verib, istirahət edəcəm, sonra necə olacağını gözləyəcək”. 

ApaSport

Digər xəbərlər

Arxiv

date