“Atalanta” və “Leypsiq” Çempionlar Liqasının 1/4 finalına yüksəlib

“Atalanta” və “Leypsiq” Çempionlar Liqasının 1/4 finalına yüksəlib
# 11 mart 2020 01:53 (UTC +04:00)

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Avropanın ən nüfuzlu klub turnirinin debütantı olan “Atalanta” ilk mövsümündə 1/4 finala yüksəlib. İtaliya təmsilçisi evdə 4:1 hesabı ilə darmadağın etdiyi “Valensiya” ilə səfər matçında da yüksək məhsuldarlıq nümayiş etdirib. 7 qolun vurulduğu görüşdə Yosip İliçiç pokerlə komandasına qələbə qazandırıb.

Digər cütdə də ilk oyunda qalib gələn komanda mərhələ adlayıb. İngiltərədə “Tottenhem”i bir qolla üstələyən “Leypsiq” Almaniyadakı görüşdə üç cavabsız qola sevinib.

Qeyd edək ki, martın 11-də PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) və “Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya) matçları keçiriləcək. 1/8 final mərhələsi isə martın 17-18-dəki oyunlarla başa çatacaq.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
10 mart

00:00. “Valensiya” (İspaniya) – “Atalanta” (İtaliya) - 3:4
Qollar:
Qameyro, 21, 51, Torres, 67 - İliçiç, 3 (pen.), 43 (pen.), 71, 82
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
Valensiya. “Mestalya” stadionu
İlk oyun – 1:4

00:00. “Leypsiq” (Almaniya) – “Tottenhem” (İngiltərə) - 3:0
Qollar:
Sabitzer, 10, 21, Forsberq, 88
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Leypsiq. “RB Arena”
İlk oyun – 1:0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR