“Atalanta”nın yarımmüdafiəçisi “İnter”lə anlaşıb

“Atalanta”nın yarımmüdafiəçisi “İnter”lə anlaşıb
# 31 dekabr 2020 00:22 (UTC +04:00)

İtaliyanın “Atalanta” klubunun yarımmüdafiəçisi Alexandro Qomes yeni komandası ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, bir neçə təklifi olan 32 yaşlı futbolçu “İnter”də oynamaq istəyir.

Xüsusən də, “Milan” və “İnter” arasında seçim etməkdə çətinlik çəkən Qomes ikincilərlə şəxsi razılığa gəlib. Keçid yanvarda baş tutarsa, 2023-cü ilin yayına qədər müqavilə bağlayacaq argentinalı oyunçunun illik məvacibi 2,5 milyon avro təşkil edəcək. “Atalanta” bu transferdən 12 milyon avro qazanmağı planlaşdırsa da, “neradzurra” qiymət endiriminə çalışır.

Qeyd edək ki, bu mövsüm A seriyasında 10 oyunda 4 qol vuran Alexandro Qomes baş məşqçisi Can Pyero Qasperini ilə mübahisə etdiyi üçün əsas komandadan uzaqlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR