“Atletiko” İspaniya kubokunda 3-cü liqa klubuna uduzub

“Atletiko” İspaniya kubokunda 3-cü liqa klubuna uduzub
# 07 yanvar 2021 00:06 (UTC +04:00)

İspaniya kubokunda 2-ci mərhələ sensasiya ilə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, La Liqanın liderlərindən olan “Atletiko” səfərdə 3-cü liqa təmsilçisi “Kornelye”yə uduzub.

0:1 hesablı məğlubiyyət Madrid təmsilçisini kubokla vidalaşması ilə nəticələnib. 7-ci dəqiqədə Adrian Ximenesin qoluna üzülən və 63-cü dəqiqədə Rikardo Qomesin qovulmasından sonra azlıqda qalan “Atletiko” ardıcıl ikinci dəfə eyni uğursuzluğu yaşayıb.

Dieqo Simeonenin yetirmələri ötən mövsümdə də 3-cü divizion klubuna uduzaraq kuboka vida edib. Həmin vaxt 1/16 finalda “Kultural Leones” 2:1 hesabı ilə qalib gəlib.

Ümumilikdə isə “Atletiko” tarixində 5-ci dəfə ölkə kubokunda 3-cü dəstə təmsilçisini keçə bilməyib. 1930, 1931 və 2011-ci illərdə də son iki ilin analoqu yaşanıb.

Qeyd edək ki, məhz 2011-ci ildə kubokda “Albasete”yə səfər qolu ilə (2:1, 0:1) uduzandan sonra baş məşqçi postuna indiki çalışdırıcı Simeone gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR