“Atletiko” braziliyalı hücumçu gətirir

“Atletiko” braziliyalı hücumçu gətirir
# 21 yanvar 2021 15:19 (UTC +04:00)

İspaniyanın “Atletiko” klubu heyətinə yeni futbolçu qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi braziliyalı hücumçu Markos Paulonun keçidini həll etməyə yaxındır.

Vətənində “Fluminense”nin şərəfini qoruyan 19 yaşlı forvard yayda azad agent statusu alacaq. La Liqa təmsilçisi də onu pulsuz əldə etmək niyyətindədir.

Paulonun Portuqaliya vətəndaşlığına malik olması da “Atletiko” rəhbərliyinin ürəyincədir. Çünki cənubi amerikalı Avropa İttifaqının vətəndaşı kimi legioner sayılmayacaq.

Qeyd edək ki, Markos Portuqaliyanın U-21 yığmasında 4 oyunda 1 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR