Autsayderlə başlayıb, liderlə başa çatacaq

Autsayderlə başlayıb, liderlə başa çatacaq
# 29 noyabr 2019 16:47 (UTC +04:00)

Sabah Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək.

Apasport.az saytının məlumatına görə, üç gün ərzində 4 qarşılaşma keçiriləcək.

Tur Qəbələdə başlayacaq. Çempionatın autsayderi olan eyniadlı komanda “Zirə” ilə görüşəcək. Meydan sahibləri son pillədən qurtulmaq üçün mütləq qalib gəlməlidir. Paytaxt klubu isə 4-cü pillədəki “Sumqayıt”a çatmaq üçün səfərdən itkisiz dönməlidir.

Sonuncular turnir cədvəlindəki qonşusu “Keşlə”nin qonağı olacaq. Sumqayıtlılar qələbə ilə 3-cü yerə qədər irəliləmək şansına malikdir. Paytaxt təmsilçisi isə ən azı bir günlük ikinci pilləni ələ keçirə bilər.

Hazırda liderin ən yaxın izləyicisi olan “Neftçi” turun ikinci günündə meydana çıxacaq. Azərbaycanın ən titullu komandası “Səbail”in qonağı olacaq. Meydan sahibləri 8 matçlıq qələbə seriyasını qırmaq əzmindədir. “Ağ-qaralar” mövqeyini qorumaq, liderə yaxınlaşmaq üçün derbidən qalib ayrılmalıdır.

Tura gələn həftənin ilk günü yekun vurulacaq. Premyer Liqanın lideri “Qarabağ” bazar ertəsi “Sabah”la görüşəcək. Bütün turnirlərdə üst-üstə 5 oyun qələbə qazana bilməyən ağdamlılar seriyanı qırmaq niyyətindədir. Bakılılar isə yeni baş məşqçisi Jelko Sopiçin debütünə xalla rəng qatmağa hazırlaşır.

Azərbaycan Premyer Liqası
XIII tur

30 noyabr (şənbə)
“Qəbələ” – “Zirə”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Qəbələ şəhər stadionu, 15:00

“Keşlə” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”, 17:00

1 dekabr (bazar)
“Səbail” – “Neftçi”

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”, 15:00

2 dekabr (bazar ertəsi)
“Sabah” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
“Bank Respublika Arena”, 20:00

1

Qarabağ

12

8

3

1

21-5

27

2

Neftçi

12

6

3

3

20-11

21

3

Keşlə

12

5

4

3

14-9

19

4

Sumqayıt

12

5

2

5

16-17

17

5

Zirə

12

3

5

4

14-18

14

6

Sabah

12

3

4

5

14-15

13

7

Səbail

12

3

2

7

9-20

11

8

Qəbələ

12

2

3

7

10-23

9

Bombardirlər: Lorenzo Frutos ("Keşlə"), Mehdi Şərifi ("Sumqayıt"), Peyman Babayi ("Sumqayıt"), Stiven Monroz ("Neftçi") - 5 qol.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR