Avrokubok mövsümü başa çatdırılacaq

Avrokubok mövsümü başa çatdırılacaq
# 20 aprel 2021 15:36 (UTC +04:00)

Çempionlar Liqasının və Avropa Liqasının cari mövsümdəki yarımfinal oyunları təqvimə uyğun şəkildə keçiriləcək.

Apasport.az saytının ESPN-ə istinadən məlumatına görə, Superliqa klublarını turnirdən kənarlaşdırmaqla hədələyən UEFA belə sərt cəzaya əl atmayacaq.

Çempionlar Liqasının yarımfinalında oynayacaq komandalardan üçü – “Çelsi”, “Mançester Siti” və “Real”, Avropa Liqasında mübarizəni davam etdirənlərin ikisi – “Arsenal”la “Mançester Yunayted” Superliqaya qatılan klublardır. Daha öncə onların avrokuboklardan dərhal kənarlaşdırılacağı və mümkün variantlar müzakirə olunurdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR