Avropa Liqasında 1/8 final mərhələsi başlayır

Avropa Liqasında 1/8 final mərhələsi başlayır
# 12 mart 2020 01:02 (UTC +04:00)

Avropa Liqasında 1/8 final mərhələsinə start verilir.

Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində bu gün 6 matç keçiriləcək.

Mübarizəni davam etdirən yeganə Türkiyə klubu “Başakşəhər” “Kopenhagen”i öz meydanında sınağa çəkəcək.

İngiltərə 1/8 finalda 2 komanda ilə təmsil olunub. “Mançester Yunayted” Avstriyada LASK-la görüşəcək. “Olimpiakos”un qonağı olacaq “Vulverhempton” Yunanıstan təmsilçisindən “Arsenal”ın da qisasını almağa çalışacaq.

Bu mərhələdə ən çox təmsilçisi olan Almaniyanın üç klubu ilk oyununa çıxacaq. Onlardan ikisi ilk matçını evdə keçirəcək. “Ayntraxt” “Bazel”i, “Volfsburq” “Şaxtyor”u qonaq edəcək. “Bayer” isə Qlazqoda “Reyncers”lə üz-üzə gələcək.

Bu mərhələnin "İnter" - "Xetafe" və "Sevilya" - "Roma" oyunu koronavirus epidemiyasının İtaliyada yayılması ucbatından təxirə salınıb.

Qeyd edək ki, cavab oyunları martın 19-da keçiriləcək.

Avropa Liqası
1/8 final, ilk oyunlar
12 mart

21:55. “Ayntraxt” (Almaniya) – “Bazel” (İsveçrə)
Baş hakim:
Andreas Ekberq (İsveç)
Frankfurt stadium

21:55. “Başakşəhər” (Türkiyə) – “Kopenhagen” (Danimarka)
Baş hakim:
Uilyam Kollum (Şotlandiya)
İstanbul. Başakşəhər Fatih Terim stadionu

21:55. LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə)
Baş hakim:
Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)
Ştadt Lints stadium

00:00. “Olimpiakos” (Yunanıstan) – “Vulverhempton” (İngiltərə)
Baş hakim:
Klemen Turpin (Fransa)
Pirey. Georgios Karaiskakis stadionu

00:00. “Reyncers” (Şotlandiya) – “Bayer” (Almaniya)
Baş hakim:
Şimon Marçinyak (Polşa)
Qlasqo. “Aybroks” stadionu

00:00. “Volfsburq” (Almaniya) – “Şaxtyor” (Ukrayna)
Baş hakim:
Damir Skomina (Sloveniya)
“Volfsburq Arena”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR