Avropa Liqasında 1/8 finalçılar müəyyənləşəcək

Avropa Liqasında 1/8 finalçılar müəyyənləşəcək
  • Clock-gray 00:07
  • calendar-gray 27 Fevral 2020

Bu gün Avropa Liqasında 1/16 final mərhələsi başa çatacaq.

Apasport.az saytının məlumatına görə, cavab mərhələsi çərçivəsində daha 15 matç keçiriləcək.

Şotlandiyanın “Reyncers” klubunun ardınca 1/8 finala vəsiqə qazanacaq digər komandalar bəlli olacaq. Azərbaycan təmsilçisinin olmadığı mərhələdə qonşu Türkiyənin avrokuboklardakı son komandası da meydana çıxacaq.

“Başakşəhər” Portuqaliya “Sportinq”ini keçməyə çalışacaq. Səfərdə 1:3 hesabı ilə uduzan İstanbul klubu məğlubiyyətin əvəzini doğma arenada çıxmaq üçün mübarizə aparacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatması fevralın 28-də, oyunları isə martın 12-də və 19-da keçiriləcək.

Avropa Liqası
1/16 final, cavab oyunları
27 fevral

21:55. “Gent” (Belçika) - “Roma” (İtaliya)
İlk oyun – 0:1
21:55. “Malmö” (İsveç) - “Volfsburq” (Almaniya)
İlk oyun – 1:2
21:55. LASK (Avstriya) - “Alkmar” (Hollandiya)
İlk oyun – 1:1
21:55. “Bazel” (İsveçrə) - APOEL (Kipr)
İlk oyun – 3:0
21:55. “Portu” (Portuqaliya) - “Bayer” (Almaniya)
İlk oyun – 1:2
21:55. “Espanyol” (İspaniya) - “Vulverhempton” (İngiltərə)
İlk oyun – 0:4
21:55. “Başakşəhər” (Türkiyə) - “Sportinq” (Portuqaliya)
İlk oyun – 1:3
00:00. “Benfika” (Portuqaliya) – “Şaxtyor” (Ukrayna)
İlk oyun – 1:2
00:00. “Zalsburq” (Avstriya) - “Ayntraxt” (Almaniya)
İlk oyun – 1:4
00:00. “İnter” (İtaliya) - “Ludoqorets” (Bolqarıstan)
İlk oyun – 2:0
00:00. “Mançester Yunayted” (İngiltərə) - “Brügge” (Belçika)
İlk oyun – 1:1
00:00. “Arsenal” (İngiltərə) - “Olimpiakos” (Yunanıstan)
İlk oyun – 1:0
00:00. “Sevilya” (İspaniya) - ÇFR (Rumıniya)
İlk oyun – 1:1
00:00. “Seltik” (Şotlandiya) - “Kopenhagen” (Danimarka)
İlk oyun – 1:1
00:00. “Ayaks” (Hollandiya) - “Xetafe” (İspaniya)
İlk oyun – 0:2

ApaSport

Digər xəbərlər