Avropa Liqasında “Qalatasaray” “Reyncers”lə, “Beşiktaş” isə “Milan”la qarşılaşa bilər

Avropa Liqasında “Qalatasaray” “Reyncers”lə, “Beşiktaş” isə “Milan”la qarşılaşa bilər
  • Clock-gray 17:46
  • calendar-gray 18 Sentyabr 2020

 

Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

 

Apasport.az saytının məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.

 

Püşkatmada III təsnifat mərhələsinin 35 cütü və həmin raunddan azad olan 7 komanda iştirak edib. Onlar pley-offun 21 cütünü müəyyənləşdirib. Bunlardan səkkizi Çempionlar yolunda, on üçü Əsas yolda mübarizə aparacaq.

 

Püşk Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibini müəyyənləşdirib. Qonşu Türkiyəni təmsil edən “Qalatasaray”, “Beşiktaş” və “Alanyaspor”un da III təsnifat mərhələsini keçəcəyi halda üz-üzə gələ biləcəyi komandalar bilinib. "Beşiktaş" əgər mərhələ adlayarsa, qrupa vəsiqə uğrunda İtaliya nəhəngi "Milan"la qarşılaşa bilər. "Neftçi"ni mübarizədən kənarlaşdıran "Qalatasaray" isə "Hayduk" səddini də keçəcəyi təqdirdə "Villem" - "Reyncers" cütünün qalibinə rəqib olacaq.

 

Qeyd edək ki, III təsnifat mərhələsinin matçları sentyabrın 24-də, pley-off oktyabrın 1-də baş tutacaq.

 

Avropa Liqası

Pley-off

 

Çempionlar yolu

“Yanq Boyz” (İsveçrə) - “Tirana” (Albaniya)

“Dinamo” (Xorvatiya) - “Floriana” (Malta)/“Flora” (Estoniya)

“Yurqorden” (İsveç)/ÇFR (Rumıniya) - “Kuopio” (Finlandiya)/“Suduva” (Litva)

“Ararat-Armeniya” (Ermənistan)/“Selye” (Sloveniya) - “Srvena Zvezda” (Serbiya)

“Dinamo” (Brest, Belarus) -  “Lüdoqorets” (Bolqarıstan)

“Sarayevo” (Bosniya və Herseqovina)/“Buduçnost” (Monteneqro) - “Riqa” (Latviya)/“Seltik” (Şotlandiya)

“Legiya” (Polşa)/“Drita” (Kosovo) - “Qarabağ” (Azərbaycan)

“Şerif” (Moldova)/“Dandalk” (İrlandiya) - “Klasksvik” (Farer adaları)/“Dinamo” (Tbilisi, Gürcüstan)

 

Əsas yol

“Hapoel” (Beer-Şeva, İsrail)/“Motervell” (Şotlandiya) - “Viktoriya” (Çexiya)/“Sonderyuske” (Danimarka)

“Bazel” (İsveçrə)/“Anartosis” (Kipr) - MOİK (Bolqarıstan)/B-36 (Farer adaları)

“Beşiktaş” (Türkiyə)/“Rio Ave” (Portuqaliya) - “Milan” (İtaliya)/“Bodo Qlimt” (Norveç)

“Rusenborq” (Norveç)/“Alanyaspor” (Türkiyə) - "Mura" (Sloveniya)/PSV (Niderland)

“Sportinq” (Portuqaliya)/“Aberdin” (Şotlandiya) - LASK (Avstriya)/“Dunayska” (Slovakiya)

“Kopenhagen” (Danimarka)/“Pyast” (Polşa) - “Riyeka” (Xorvatiya)/“Kolos” (Ukrayna)

“Sankt-Qallen” (İsveç)/AEK (Yunanıstan) - “Volfsburq” (Almaniya)/“Desna” (Ukrayna)

“Şarlerua” (Belçika)/“Partizan” (Serbiya) - “Apollon” (Kipr)/“Lex” (Polşa)

 “Malmö” (İsveç)/“Lokomotiva” (Xorvatiya) - “Qranada” (İspaniya)/“Lokomotivi” (Gürcüstan)

“Şkendiya” (Şimali Makedoniya)/ “Tottenhem” (İngiltərə) - “Rostov” (Rusiya)/“Makkabi” (Hayfa, İsrail)

“Styaua” (Rumıniya)/“Slovan” (Çexiya) - APOEL (Kipr)/“Zrinski” (Bosniya və Herseqovina)

“Standard” (Belçika)/“Voyvodina” (Serbiya) - “Fehervar” (Macarıstan)/“Reyms” (Fransa)

“Villem” (Niderland)/“Reyncers” (Şotlandiya) - “Qalatasaray” (Türkiyə)/“Hayduk” (Xorvatiya)

apa-logo-mini

Digər xəbərlər