Avropa Liqasında antirekord qeydə alınıb

Avropa Liqasında antirekord qeydə alınıb
# 04 dekabr 2020 09:30 (UTC +04:00)

Avstriyanın “Rapid” klubu Avropa Liqasında antirekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, Vyana təmsilçisi turnirdə ən çox uduzan komanda adına yiyələnib.

Avstriyalılar qrup mərhələsinin V turunda “Arsenal”a məğlub olub. 1:4 hesablı yenilgi “Rapid”in Avropa Liqasında 27-ci məğlubiyyətidir.

Vyanalılar bu göstəricidə Norveç “Rusenborq”unu (26) keçib. Portuqaliya “Sportinq”i və Danimarka “Kopenhagen”i hərəyə 23 dəfə yenilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR