Avropa Liqasında həftənin oyunçusu adına namizədlər bəllə olub

Avropa Liqasında həftənin oyunçusu adına namizədlər bəllə olub
  • Clock-gray 10:49
  • calendar-gray 23 Oktyabr 2020

Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, UEFA I turun dünən keçirilən qarşılaşmalarından sonra mükafatın 4 iddiaçı müəyyənləşib.

Namizədlər arasında Azərbaycan çempionu “Qarabağ”ın İ qrupunda yer alan “Vilyarreal” da təmsil olunub. Bu, “Sivasspor”la qarşılaşmada 1 qol və 2 assistə imza atan Takfuso Kubodur.

Onun rəqibləri arasında “Lill”in üzvü Yusuf Yazıçı, “Benfika”lı
Darvin Nunes, “Lester”in futbolçusu Kaleçi İhinaço yer alıb. 

Qeyd edək ki, turun ən yaxşısı azarkeşlər arasında keçirilən səsvermədə müəyyənləşəcək.

ApaSport

Digər xəbərlər