Avropa Liqasında ən yaxşı adına namizədlər bəlli olub

Avropa Liqasında ən yaxşı adına namizədlər bəlli olub
# 19 fevral 2021 08:57 (UTC +04:00)

Avropa Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA 1/16 final mərhələsinin ilk oyunlarından sonra 4 iddiaçı seçib.

Bunlar Bruno Petkoviç (“Dinamo”, Zaqreb), Munas Dabbur (“Hoffenhaym”), Bruno Fernandes (“Mançester Yunayted) və Qaret Beyldir (“Tottenhem”). İlk üç oyunçu dublla yadda qalıbsa, sonuncu bir qol və bir məhsuldar ötürməyə imza atıb.

Qalib azarkeşlər arasında aparılacaq səsvermənin nəticəsinə əsasən bilinəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR