Avropa Liqasında turun komandası açıqlanıb

Avropa Liqasında turun komandası açıqlanıb
# 13 dekabr 2019 14:43 (UTC +04:00)

Avropa Liqasında qrup mərhələsinin VI turunun rəmzi komandası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “11-liy”ə ən yüksək “Fedeks” indeksinə malik futbolçular daxil edilib.

Lüksemburq təmsilçisi “Düdelanj”la 1:1 hesablı heç-heçə edən “Qarabağ” rəmzi komandada təmsil olunmayıb.

“11-lik”də 9 komandanın üzvləri yer alıb. Komandaya “Mançester Yunayted”in 3, digərləri isə hərəyə 1 oyunçusu düşüb.

Qapıçı: Vid Belek (APOEL);

Müdafiəçilər: Eşli Yanq (Mançester Yunayted), Yoris Qaqnon (Renn), Gernot Trauner (LASK), Qael Klişi (Başakşəhər);

Yarımmüdafiəçilər: Bakayo Saka (Arsenal), Roman Bezus (Gent), Xuan Mata (Mançester Yunayted), Takuma Asano (Partizan);

Hücumçular: Diogo Jota (Vulverhempton), Meyson Qrinvud (Mançester Yunayted).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR