Avropa Liqasında yeni rekord vurulub

Avropa Liqasında yeni rekord vurulub
# 06 noyabr 2020 15:33 (UTC +04:00)

Avropa Liqasında yeni rekord qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin dünən keçirilən III turunda 93 qol vurulub.

Bu, 2009/10 mövsümündən indiki ad və formatda keçirilən turnirin tarixində mütləq rekorddur. İndiyədək heç vaxt bir turda bu qədər qol olmayıb.

Əvvəlki rekord 2010/11 mövsümünün V turunda qeydə alınmışdı. Həmin vaxt 81 qol vurulub.

Qeyd edək ki, 93 qolun vurulduğu 24 matçda orta məhsuldarlıq 3,875-ə bərabər olub.

Avropa Liqasında ən məhsuldar turlar:
1) 2020/21 (III tur) – 93 qol
2) 2010/11 (V tur) – 81 qol
3) 2011/12 (VI tur) – 80 qol
4-5) 2011/12 (IV tur) – 79 qol
2018/19 (II tur) – 79 qol

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR