Avropa Liqasının final matçının ev sahibi dəyişə bilər

Avropa Liqasının final matçının ev sahibi dəyişə bilər
# 02 iyun 2020 17:29 (UTC +04:00)

Avropa Liqasının final oyunu Polşanın Qdansk şəhərindən alına bilər.

Apasport.az saytının məlumatına görə, UEFA 1/4 mərhələsindən etibarən bütün matçların Portuqaliyanın paytaxtı Lissabonda baş tutmasını nəzərdən keçirir.

Qitə futbol qurumu koronavirus pandemiyası səbəbindən dayandırılan turnirin cütlüklərinin 1 oyunla müəyyənləşdirilməsi variantına üstünlük vermək niyyətindədir.

UEFA avqustda keçiriləcək oyunlar arasında 7-10 günlük fasilə verərək, Avropanın ikinci dərəcəli klub turnirini yekunlaşdırmaq istəyir. Bu üzdən Lissabondakı otellərin, təlim-məşq meydançalarının hazır olması və digər zəruri şəraitin yaradılması üçün indidən göstəriş verildiyi bildirilir. Bütün matçları eyni şəhərə salmaqda məqsəd uçuşların qarşısını almaq və klubların xərclərini azaltmaqdır.

Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqası ilə bağlı qərar UEFA İcraiyyə Komitəsinin iyunun 17-də keçirəcəyi iclasında veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR