Avropa çempionatında Azərbaycan millisinin rəqibləri bəlli olub

Avropa çempionatında Azərbaycan millisinin rəqibləri bəlli olub
# 11 mart 2021 18:21 (UTC +04:00)

19 yaşadək qızlar arasında yeni formatda təşkil olunacaq Avropa çempionatının 1-ci mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, komandalar reytinqinə əsasən A və B liqalarında mübarizə aparacaq.

28 yığma A, 24 komanda B liqasında çıxış edəcək. Azərbaycan yığması A liqasında qüvvəsini sınayacaq.

Millimiz 7-ci qrupda yer alıb. Komandamızın rəqibləri İtaliya, Polşa və Norveç olacaq.

Qeyd edək ki, bu mərhələnin oyunları 14-21 sentyabrda və ya 19-26 oktyabrda təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR