Avropa çempionatının mükafatçısı koronavirusa yoluxub

Avropa çempionatının mükafatçısı koronavirusa yoluxub
  • Clock-gray 15:58
  • calendar-gray 10 Aprel 2020

Daha bir sabiq futbolçu koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, söhbət ingiltərəli Norman Hanterdən gedir.

İngiltərə millisinin və "Lids" klubunun keçmiş oyunçusunun koronavirus testi müsbət nəticələnib. Bu üzdən 76 yaşlı Hanter karantinə alınıb və müalicəsinə başlanılıb.

Qeyd edək ki, Norman Hanter AVRO-1968-də İngiltərə millisinin heyətində bürünc medal qazanıb. O, 1960-70-ci illərdə "Lids"in forması altında 700-dən çox oyun keçirib.

ApaSport

Digər xəbərlər