Avstraliyalı hücumçu Ronaldo və Levandovskini qabaqlayıb

Avstraliyalı hücumçu Ronaldo və Levandovskini qabaqlayıb
# 30 dekabr 2020 10:22 (UTC +04:00)

2020-ci ilin ən uzun qol seriyaları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısında avstraliyalı Nikita Rukavitsa dünyada hamını qabaqlayıb.

İsraildə Hayfa “Makkabi”sinin şərəfini qoruyan 33 yaşlı hücumçu bütün turnirlər nəzərə alınmaqla ardıcıl 13 matçda qol sevinci yaşayıb. Avqustun 16-dan dekabrın 12-dək sürən seriya müddətində Nikita 15 qol vurub. Bu seriyanın 1 oyunu ölkə kuboku, 4 matçı Avropa Liqası, 8-i İsrail çempionatına təsadüf edib.

Səudiyyə Ərəbistanında “Əl-Nəsr”in şərəfini qoruyan Abderrazak Hamdallah ardıcıl 10 görüşdə qol vuraraq 2-ci göstəriciyə malikdir. Avropanın tanınmış qolçularından Kriştiano Ronaldo (Portuqaliya, “Yuventus”) 9, Robert Levandovski (Polşa, “Bavariya”) və Erlinq Haland (Norveç, “Borussiya” D) 7, Romelu Lukaku (Belçika, “İnter”) 5 matçlıq seriyaya malikdir.

Norveçli Kasper Yanker (“Bodo Qlimt”) 2020-ci ilin son 9 oyununda meydanı qolsuz tərk etməyib. O, seriyasını 2021-ci ildə davam etdirə biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR