"Ayaks"ın futbolçusu 3 ildən sonra komadan ayılıb

"Ayaks"ın futbolçusu 3 ildən sonra komadan ayılıb
  • Clock-gray 11:25
  • calendar-gray 27 Mart 2020

"Ayaks"ın futbolçusu Abdelhak Nuri komadan ayılıb.

Apasport.az saytının məlumatına görə, bunu 23 yaşlı yarımmüdafiəçinin böyük qardaşı Abderrahim deyib.

O bildirib ki, Abdelhak 3 ildən sonra ilk dəfə reaksiya verir, hətta yemək də yeyir: "Qardaşım artıq komada deyil. Asqırır, qaşları ilə bizə cavab verir, yemək yeyir. Ancaq yataqdan hələ qalxa bilmir".

Qeyd edək ki, 2017-ci ilin yayında "Ayaks"la "Verder" arasında keçirilən yoldaşlıq görüşündə anidən yerə yıxılan Abdelhak Nurinin ürəyi dayanmış, 20 dəqiqəlik masajla yenidən döyünmüşdü.

ApaSport

Digər xəbərlər