Aykut Kocamanın “Başakşəhər”i çalışdıracağı rəsmiləşib

Aykut Kocamanın “Başakşəhər”i çalışdıracağı rəsmiləşib
  • Clock-gray 14:41
  • calendar-gray 01 Fevral 2021

Türkiyənin “Başakşəhər” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Aykut Kocamanı komandanın sükanı arxasına gətirib.

Okan Burukla yollarını ayıran Super Liqa klubu Kocamanla 2,5 illik müqavilə imzalayıb. Təcrübəli mütəxəssisin sözləşmə imzalama mərasimində klub prezidenti Göksal Gümüşdağ da iştirak edib.

Qeyd edək ki, bu mövsüm Super Liqada 24 xal toplayan “Başakşəhər” hazırda 15-ci pillədə qərarlaşıb.

ApaSport

Digər xəbərlər