Azərbaycan I divizionu bərpa olunmayacaq

Azərbaycan I divizionu bərpa olunmayacaq
# 31 may 2020 16:21 (UTC +04:00)

Koronavirus pandemiyası üzündən dayandırılan Azərbaycan çempionatının I divizionu bərpa olunmayacaq.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqası və kubokunun bərpası barədə qərar qəbul edən AFFA martda dayandırılan aşağı dəstə barədə qərarı İcraiyyə Komitəsinin öhdəliyinə buraxıb.

Bu isə o deməkdir ki, iyunun 21-də bərpa olunacaq Premyer Liqadan fərqli, I divizion yarımçıq qalacaq. Çempionatın başa çatmış elan olunması, yoxsa ləğv edilməsinə İcraiyyə Komitəsi qərar verəcək.

Komitənin iclasının dəqiq tarixi bəlli olmasa da, aşağı liqa təmsilçiləri məhz həmin yığıncağı gözləməyəcək. Əgər mövcud turnir cədvəlini tanımaq barədə qərar qəbul olunarsa, “Turan Tovuz” çempion elan ediləcək, “Səbail-2” ikinci, “Zaqatala” üçüncü olacaq. Çempionatın davam etdirilmədən yarımçıq başa çatması turnirin bombardiririnin də kimliyinə aydınlıq gətirəcək. “Qarabağ-2”nin futbolçusu Musa Qurbanlı çempionatın ən məhsuldar futbolçusu adını qazanacaq. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu divizionda 15 qol vurub. Lakin I divizionun mövsümün nəticələrinin ləğvi mükafatçıların müəyyənləşməməsi ilə yekunlaşacaq.

1

Turan Tovuz

17

12

1

4

29-18

37

2

Səbail-2

18

10

6

2

30-11

36

3

Zaqatala

17

11

2

4

36-16

35

4

Sabah-2

18

10

2

6

29-19

32

5

Neftçi-2

18

8

5

5

27-15

29

6

Kəpəz

18

8

4

6

23-19

28

7

Keşlə-2

17

7

4

6

28-22

25

8

Sumqayıt-2

17

7

3

7

19-24

24

9

Qarabağ-2

17

7

3

7

36-21

24

10

MOİK

16

5

4

7

19-22

19

11

Ağsu

18

4

1

13

13-45

13

12

Zirə-2

17

3

2

12

18-41

11

13

Qaradağ Lökbatan

18

2

1

15

10-44

7

Bombardir: Musa Qurbanlı ("Qarabağ-2") - 15 qol.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR